Bu gün dünyada olduğu kimi ölkəmizdə də su qıtlığı yaşanır. Xüsusən kənd təsərrüfatı ilə məşğul olan fermerlərin bu sahədə məlumatlandırılması vacib mövzulardan sayılır.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qax Dövlət Aqrar İnkişaf Mərkəzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi” mövzusunda fermer və sahibkarlarla müzakirələr keçirilib.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, “Azmelsutəsərrüfat” ASC-nin, “Azərsu” ASC-nin əməkdaşları, Qax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, eləcə də əlaqədar təşkilatların yerli idarələrinin nümayəndələri, bələdiyyə sədrləri və fermerlər iştirak edib.
Müzakirələr zamanı rayon üzrə mövcud vəziyyət, su ehtiyatlarının qorunması, səmərəli idarə olunması və qənaətli istifadəsi, sudan qanunsuz, normadan artıq istifadənin qarşısının alınması barədə ətraflı danışılıb, çıxış yolları göstərilib.
Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:43 / 11.06.2023
Qaxda su problemi müzakirə edildi - FOTO
Hazırda oxunan: Qaxda su problemi müzakirə edildi - FOTO
Hazırda oxunan: Qaxda su problemi müzakirə edildi - FOTO
140864
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.