Mehriban Əliyeva: “Layiqli oğullar tərbiyə etmiş analara ən xoş arzularımı çatdırıram!” - FOTO

Hazırda oxunan: Mehriban Əliyeva: “Layiqli oğullar tərbiyə etmiş analara ən xoş arzularımı çatdırıram!” - FOTO

14085

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib.

Bizim.Media xəbər verir ki, M.Əliyevanın rəsmi "Instagram" hesabında yer alan təbrikdə deyilir:

"Əziz qadınlar! Beynəlxalq Qadınlar Günü münasibətilə sizin hamınızı səmimi-qəlbdən təbrik edirəm! Siz zəriflik, sədaqət, xeyirxahlıq, mənəvi saflıq, gözəllik və ülvilik rəmzi olan “qadın” sözünün ucalığını ləyaqətlə qoruyursunuz.

Vətənimiz üçün layiqli oğullar tərbiyə etmiş analara ən xoş arzularımı çatdırıram! Vətən müharibəsi günlərində siz misli görünməmiş mətanət, fədakarlıq və möhkəm iradə nümayiş etdirdiniz.

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların analarının qarşısında baş əyirəm.

Sizin hər birinizə möhkəm cansağlığı və ailə səadəti arzulayıram! Uca Tanrı sizi və sizin doğmalarınızı qorusun!".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin