Neftçalada keçirilən lV siniflər üzrə monitorinqdə maraqlı anlar YAŞANIB - FOTO 

Hazırda oxunan: Neftçalada keçirilən lV siniflər üzrə monitorinqdə maraqlı anlar YAŞANIB - FOTO 

140785

Bu gün ölkə üzrə ümumi təhsil müəssisələrində lV siniflər üzrə monitorinq keçirilib. Həmçinin monitorinq Şirvan-Salyan Regional Təhsil İdarəsinə tabe olan ümumi təhsil müəssisələrində də baş tutub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu monitorinq zamanı Şirvan-Salyan Regional Təhsil İdarəsinə tabe olan Neftçala Təhsil Sektoruna aid imtahan mərkəzlərindən birində maraqlı anlar yaşanıb.  

Belə ki, bir neçə gün öncə ayağından xəsarət alan şagirdi məktəb direktoru öz qucağına alaraq, monitorinqə gətirib. Direktorun həmin uşağa öz övladı kimi isti münasibəti ətrafdakılar tərəfindən müsbət qarşılanıb.  

Qeyd edək ki, monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılıb. Təhsilalanlara tədris dili fənni üzrə 30 qapalı, riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual təqdim olunub. Bildirək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, həmçinin onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.  

Şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik, bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsi monitorinqin əsas məqsədlərindəndir.  

Monitorinqdə 7078 şagirddən 6985 şagird iştirak edib. Ümumilikdə 4-cü sinifdə təhsil alan şagirdlərin 99 faizinin iştirakı təmin olunub.

Monitorinqlər Salyan rayonunda 11 Neftçala rayonunda 4, Biləsuvar rayonunda 5 , Hacıqabul rayonunda 3, Şirvan şəhərində 3 mərkəzdə olmaqla, ümumilikdə 26 mərkəzdə təşkil edilib.  


Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin