Göz ağrılarından qurtulma yolları...

Hazırda oxunan: Göz ağrılarından qurtulma yolları...

140764
Əksər insanlar göz ağrısından əziyyət çəkir. Ancaq göz ağrılarının təbii yollarla, həm də tez tapılan məhsullarla müalicə etməyi hər kəs bilmir. Tibb mütəxəssisləri xiyar, çiy kartof, yaşıl çay ilə bu ağrının aradan qaldırılması yollarını aşkar edib üsullardan istifadə etməyi məsləhət görür.

Moderator.az həmin üsullardan bəzilərini sizlərə təqdim edir.

Gözün yerüstü hissəsində görülən ağrı, gözün infeksiya tutmasında və ya gözə hər hansı bir xarici cisimin səbəb olmasından dolayı yarana bilər. Bu ağrı qaşıntıya səbəb olur və qızartı ilə özünü göstərir. Göz pərdəsinin istiləşməsi ilə göz də yaranan qaşınma, ağrının meydana gəlməsinə gətirib çıxarır. Əgər göz ağrısı ilə birgə gözdə istilənmənin və görmənin yox olduğunu hiss edirsinizsə həkimə müraciət etmək vacibdir. Göz ağrısının birdən çox səbəbi olur.

Soyuq kompres göz ağrısına müsbət reaksiya verdiyi kimi şişlik və qızartını da sovuşdurur. Soyuq kompres tətbiq edərkən diqqətli olmaq lazımdır. Soyuq kompres üçün soyuq suyun içərisinə bez batırın və nəm halda göz ətrafınızı masaj edin. Bu əməliyyatı gündə iki dəfə etməniz göz ağrınızın yox olmasına təsir edəcək.Bir çay stəkanı hazırlanmış çobanyastığı çayını soyuducuya qoyun. Soyumuş olan çayın içərisinə pambıq batırın və göz ətrafınızı isladılmış pambıq ilə silin. Göz ağrınızın sürətli bir şəkildə yaxşılaşmasını təmin edəcək. Gündə ən çox üç dəfə bunu etmənizdə heç bir qorxu yoxdur.
Xiyarın içərisində iştirak edən mineral və vitaminlər ümumi sağlamlıq üçün olduğu qədər dəri üçün də çox faydalıdır. Şişlik kimi problemlərə yaxşı gələn xiyar göz qaşıntısını da aradan qaldırır. Xiyarı göz ağrısı və ya qaşıntısı üçün istifadə etmək istəyirsinizsə qabığını soyun və yumru şəkildə dilimləyin. Dilimlədiyiniz xiyarlardan ikisini gözlərinin üzərinə yerləşdirin və 15 dəqiqə qədər bu şəkildə gözləyin. Sonra pambığı xiyarın suyuna batırıb göz ətrafınızı silin. Bu əməliyyatı gündə iki dəfə səhər və axşam edə bilərsiniz. Ancaq çox ağrı olursagündə 4 dəfə də edə bilərsiniz.

Çiy kartofun dəri möhkəmləndirici xüsusiyyəti var. Bu xüsusiyyətindən əlavə gözlərdə olan qaşıntı və iltihab probleminin aradan qaldırılmasında də son dərəcə təsirlidir.Çiy kartofu yaxşı yuduqdan sonra dilimləyin və soyuducuya qoyun. Kartofun qaralma xüsusiyyəti olduğu üçün dilimlədikdən sonra suyun içərisinə salıb şkafda saxlayın. Soyumuş olan kartofdan iki dilim alın və gözlərinizin üzərinə yerləşdirin. 15 dəqiqədən sonra kartofları göz ətrafınızdan götürün. Bu əməliyyatı gündə 2 dəfə bir həftə boyunca etməyiniz göz ağrınıza yaxşı gələcəyi kimi göz ətrafınızın yenilənməsində də faydalı olacaq.
Yaşıl çay son dərəcə faydalı olan çay növləri arasında ilk sıralarda yer alır. Gözdə olan iltihab və qaşıntıların yaxşılaşma müddətini sürətləndirir. Eyni zamanda əgər gözdə mikrob problemi varsa onu da sovuşdurur.Yaşıl çayı göz ağrısı üçün tətbiq etmək istəsəniz bir fincan yaşıl çay qaynadın. Soyuması üçün şkafa qoyun və soyuduqdan sonra pambığı yaşıl çay ilə isladıb gözünüzün ətrafını masaj edin. Həftədə 4 gün, gündə iki dəfə bunu etmək məsləhətdir.

Mehman Nəbiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin