Qarabağın erməni sakinləri Xankəndi-Gorus istiqamətində maneəsiz KEÇİRLƏR - VİDEO

Hazırda oxunan: Qarabağın erməni sakinləri Xankəndi-Gorus istiqamətində maneəsiz KEÇİRLƏR - VİDEO

140760

Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni sakinləri dövlətlərarası sərhəddə yerləşən Laçın buraxılış məntəqəsini sərbəst şəkildə keçməkdə davam edirlər. 

Bizim.Media xəbər verir ki, yeni yayılan kadrlarda onların keçidi prosedurunun Xankəndi-Gorus istiqamətində həyata keçirildiyi aydın görünür. 

Mülki vətəndaşların Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobili ilə keçidi təmin edilib. 

Qeyd edək ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən erməni əsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb. 

Həmin videonu təqdim edirik:
 



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin