8 Mart Beynəlxalq Qadınlar Günüdür

Hazırda oxunan: 8 Mart Beynəlxalq Qadınlar Günüdür

14076

ABŞ-ın Nyu-York şəhərində 1857-ci ilin 8 mart tarixində geyim sektorunda çalışan yüzlərlə qadın aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz edib. Lakin polis aksiyanın uzun sürməsinə izn verməyərək nümayişi dağıdıb.

Bizim.Media xəbər verir ki, 8 mart 1908-ci ildə də Nyu York Sosial-Demokrat Qadın Təşkilatının çağırışilə 15 min qadın, daha qısa çalışma saatı, kişilərlə bərabər əməkhaqqı və səsvermə hüququ üçün nümayiş keçirib.

Mitinqdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı "Çörək və Gül" idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edirdi.

1909-cu ildə Avropadakı xanımlar fevralın 28-ni ilk qadın günü kimi qeyd ediblər.

1857-ci il hadisələrindən 52 il sonra, 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində Dünya Qadınlar Günü kimi 8 martın olması qəbul edilib. Qadınlar Gününün məhz bu tarixdə olmasını isə alman sosialist Klara Setkin təklif edib. Klara Setkin 129 qadının 1857-ci ilin 8 martında yandırılaraq öldürüldüyünü əsas gətirib.

Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. 1965-ci ildən keçmiş SSRİ-də 8 mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub.

Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 mart - Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür.

Bizim.Media dünyanın ən gözəl anası, bacısı, həyat yoldaşı olan Azərbaycan xanımlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, onlara açıq səma, övlad, ər, qardaş qüruru yaşamağı və ancaq sevinc gözyaşları azulayır. Ürəyiniz fərəhlə dolsun, əziz qadınlar.

Bayramınız mübarək...

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin