Yuxarı Şirvan kanalında batan gəncin meyiti TAPILDI - DETALLAR/FOTO

Hazırda oxunan: Yuxarı Şirvan kanalında batan gəncin meyiti TAPILDI - DETALLAR/FOTO

140756

Ötən gün Ağdaşda Yuxarı Şirvan kanalında batan gəncin meyidi tapılıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, ötən gün saat 16:00 radələrində Yuxarı Şirvan kanalının  rayonun Bulaqotağı kəndi ərazisindən keçən hissəsində batan rayonun Orta Ləki kənd sakini 2006- cı il təvəlludlü Kərimli Samir Mirzə oğlu meyidi tapılıb. 

FHN-nin Sularda Xilasetmə Dəstəsinin Dalğıc Axtarış qrupu Samirin meyidini batdığı yerdən təqribən 300-400 metr aralıda taparaq sudan çıxarıblar. Onun meyidi aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, ötən gün rayonun Orta Ləki kənd sakini 2006-cı il təvəllüdlü Samir Kərimli dostları ilə birlikdə rayonun Bulaqotağı kənd ərazisindən axan Yuxarı Şirvan su kanalında sərinləmək üçün çimməyə gediblər. Onlar bir qədər çimdikdən sonra dostları Samirin suda boğulduğunu görüblər.

Dostları onu sudan çıxarmaq istəsələr də buna müvəffəq ola bilməyiblər.

Qeyd edək ki, ailənin böyük oğlu olan Samir Kərimli 11-ci sinif şagirdi idi və o məktəbi bitirməyə hazırlaşırdı.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin