Şəkidə "Ekoloji Təmiz Məhsul və Aqrobiomüxtəliflik” müsabiqəsi keçirilib.
Məktəblilərin V Respublika müsabiqəsinin zona mərhələsinin keçirilməsində əsas məqsəd onların bilik və bacarıqlarını üzə çıxarmaqdır.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində Elm və Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən "Ekoloji Təmiz Məhsul və Aqrobiomüxtəliflik" məktəblilərin V Respublika müsabiqəsində 200 yaxın əl işi nümayiş etdirilib.
Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması və ekoloji təmiz kənd təsərrüfatı məhsullarının əldə edilməsində məktəblilərin fəal iştirakını təmin etməkdir, həmçinin bu sahədə onların bilik və bacarıqlarının genişləndirməsindən ibarətdir.
Rasim Ocaqov adına Şəki şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində keçirilən müsabiqədə, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının ümumtəhsil məktəblərində təhsil alan məktəblilər iştirak ediblər.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:36 / 10.06.2023
Şəkidə məktəblilərin V Respublika MÜSABİQƏSİ – FOTO
Hazırda oxunan: Şəkidə məktəblilərin V Respublika MÜSABİQƏSİ – FOTO
Hazırda oxunan: Şəkidə məktəblilərin V Respublika MÜSABİQƏSİ – FOTO
140717
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.