“178 kq heroinin gömrükdən keçməsini sadəcə səhlənkarlıqla izah etmək doğru deyil”x9d

Hazırda oxunan: “178 kq heroinin gömrükdən keçməsini sadəcə səhlənkarlıqla izah etmək doğru deyil”x9d

140691

Məlum olduğu kimi, Azərbaycandan Gürcüstana daşınan 178 kq heroin Batumi limanında gürcü gömrükçüləri tərəfindən tutulub. Xatırladaq ki, bundan öncə də dəfələrlə dəyəri milyonlarla hesablanan böyük miqdarda narkotik maddələr Gürcüstan tərəfindən tutulmuş, bu maddələrin Azərbaycanın gömrük-sərhəd xidmətindən necə keçdiyi müəmmasına isə kimsə aydınlıq gətirməmişdir.

Maraqlıdır, 178 kq-lıq narkotik Azərbaycan sərhədlərindən necə keçib? Bu, nəzarət mərkəzlərindəki səhlənkarlığın isbatıdır, yoxsa narkotik ticarətinin dövlət orqanlarına uzanan bağlantısının göstəricisdir?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış hüquqşünas Müzəffər Baxışov bunu sadəcə səhlənkarlıq amili ilə izah etməyin doğru olmadığını vurğuladı:

“Mən bu faktla, habelə Azərbaycanın gömrük xidmətindəki nəzarət imkanları, onlardakı texniki avadanlıqlarla tanış deyiləm. Lakin gömrük rəhbərliyi özü dəfələrlə bəyan edib ki, onların texniki imkanları narkotik vasitələrin aşkarlanmasını təmin etmək üçün kifayət qədər genişdir. Qabaqcıl dövlətlər də Azərbaycan kimi kiçik dövlətlərlə bu məsələlərdə texniki dəstək verir. Odur ki, 178 kq-lıq narkotikin Azərbaycanın gömrük-sərhəd məntəqəsini problemsiz tərk etməsini yalnız səhlənkarlıq amili ilə izah etmək doğru deyil. Əgər həqiqətən də belə bir hal baş veribsə, burada söhbət müəyyən mütəşəkkil dəstənin fəaliyyətindən gedə bilər ki, bu məsələnin əlaqədar hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasına ciddi ehtiyac var. Lakin təəssüflər olsun ki, hələ bu vaxta qədər mediada gedən bu məlumatlarla bağlı güc orqanlarının, xüsusilə də prokurorluğun lazımi araşdırma aparıb günahkarları məsuliyyətə cəlb etməsi ilə bağlı ictimaiyyətə heç bir açıqlama verilməyib”x9d.

xa0

Seymur Əliyev

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin