Ağdaşda 17 yaşlı gənc Yuxarı Şirvan kanalında batıb.Hadisə yerinə xilasedicilər dəvət olunub və hazırda kanalda onun axtarışları davam etdirilir.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Hadisə Bu gün saat 16:00 radələrində Yuxarı Şirvan kanalının rayonun Bulaqotağı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayonun Orta Ləki kənd sakini 2006-cı il təvəlludlü Kərimli Samir Mirzə oğlu dostları ilə birlikdə həmin kanalda çimməyə gedib. Onlar bir qədər çimdikdən sonra dostları Samirin suda boğulduğunu görüblər.
Dostları onu sudan çıxarmaq istəsələr də buna müvəffəq ola bilməyiblər və Samir suda batıb. Kənd camaatı Samiri axtarmağa başlayıb, təəssüflər olsun ki bu da fayda verməyib.
Hadisə yerinə FHN-nin Sularda Xilasetmə Dəstəsinin əməkdaşları cəlb olunub. Xilasedicilər bir neçə saat axtarışlar etsələr də hələki heç bir nəticəsi olmayıb. Hazırda suda batan Samir Kərimlinin tapılması istiqamətində zəruri işlər davam etdirilir.
Qeyd edək ki, ailənin böyük oğlu olan Samir Kərimli 11-ci sinif şagirdi idi və 14 iyunda keçiriləcək Son Zəng mərasiminə hazırlaşdı.
Bizim.Media, Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
23:11 / 09.06.2023
Ağdaşda 17 yaşlı gənc Yuxarı Şirvan kanalında batıb - FOTO
Hazırda oxunan: Ağdaşda 17 yaşlı gənc Yuxarı Şirvan kanalında batıb - FOTO
Hazırda oxunan: Ağdaşda 17 yaşlı gənc Yuxarı Şirvan kanalında batıb - FOTO
140679
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.