10 iyun 2016-cı il tarixində Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin maliyyə dəstəyi və “Zəka”x9d Gənclər Mərkəzinin təşkilatçılığı ilə “Avropa İttifaqı ”“ Azərbaycan tərəfdaşlığının 25 ili”x9d münasibəti ilə keçirilən “Mənim Avropam”x9d turuna start verildi.
Tur çərçivəsində Avropa İttifaqı avtobusunun ilk dayanacağı Şəmkir şəhər, “Zəka”x9d Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi oldu. Səfər zamanı Avropa İttifaqı səfiri Melena Mard və Avropa İttifaqı nümayəndə heyəti, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Şəmkir Kapital Qrupun direktoru Araz Paşayev, Avstriya, Almaniya, Macarıstan səfirliklərindən nümayəndələr , Rumuniya səfiri Daniel Cristian Ciabanu və səfirinin həyat yoldaşı Luminita Ciabanu “Zəka”x9d Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı oldular və Mərkəzin gənclərin intellektual inkişafına şərait yaratmaq və istedadlı gənclərin yaradıcılıq potensialının inkişafını dəstəkləmək üçün cox əhəmiyyətli olduğunu vurğuladılar.
Layihəsi çərçivəsində intellektual oyun üzrə 9 komandanın iştirakı ilə çempionat keçirildi. İştirakçılar Avropa İttifaqı ilə əlaqəli suallara cavab vermək uğrunda yarışıblar. “Breyn rinq”x9d yarışında I yerə Düyərli kənd orta məktəbin “Gənc Liderlər”x9d, II yerə M.Füzuli adına orta məktəbin “Vizards”x9d, III yerə isə Ə.Cavad adına orta məktəbin “Lider”x9d komandası sahib oldu. Qaliblər Avropa İttifaqı-nın bayrağını əks etdirən simvolik medallarla təltif olundular.
Bundan əlavə, 7-25 arası 3 ayrı yaş kateqoriyasında “Avropaya baxış”x9d və “Avropa nağıllarının qəhrəmanları”x9d mövzusunda rəsm müsabiqəsi təşkil edildi. Rəsm müsabiqəsində I yerə şüşə üzərində vitraj - Nərmin İsgəndərova, kətan üzərində yağlı boya - Gültac Quliyeva, yumurta üzərində sulu boya - Elburus Bayramov birinci yerə layiq görüldülər.
Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Avropa İttifaqının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Malena Mard, Avstriya, Almaniya, Macarıstan və Ruminiya səfirliklərinin nümayəndələri yarış və müsabiqəni izləyib və iştirakçılara uğurlar arzulayıblar.
































































































