“Multikulturalizm”x9d jurnalı işıq üzü gördü...

Hazırda oxunan: “Multikulturalizm”x9d jurnalı işıq üzü gördü...

140651

“Multikulturalizm ili”x9d elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə nəzərdə tutulan tədbirlər planı çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan “Multikulturalizm”x9d jurnalı işıq üzü görüb.

Moderator.az xəbər verir ki, jurnalda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycançılıq-milli ideologiyanın kamil nümunəsi”x9d, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin “ТочнаÑx8f идеологичеÑx81каÑx8f цел-мультикультурализм”x9d, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin “Azərbaycan multikulturalizmi bu gün: Portuqaliyadan İndoneziyayadək”¦”x9d, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının “Azərbaycan multikulturalizm modeli dünya səviyyəsində ən mükəmməl örnək kimi qəbul olunur”x9d məqalələri yer alıb.

Bundan başqa jurnalda tanınmış yazarlar - Aqşin Yenisey, Qan Turalı, Sevda Sultanova, Ramilə Qurbanlının müxtəlif mövzularda maraqlı yazılarını, Alikin, Feyziyyənin, Günel Şamilqızının, Rəbiqə Nazimqızının şeirlərini də oxuya biləcəksiniz.

Jurnalın “Höte zalı”x9d bölməsində Amerika yazıçısı Harri Harrisonun “Aşkelon küçələri”x9d fantastik hekayəsi çap edilib.  

Qeyd edək ki, jurnalın nəşr olunmasında məqsəd Azərbaycanda əsrlərdən bəri formalaşmış tolerantlıq ənənələrini təbliğ etmək, ölkəmizdə hökm sürən multikultural mühitə töhfə verməkdir. “Multikulturalizm”x9d jurnalı öz fəaliyyətini Azərbaycan Prezidentinin müvafiq sərəncamlarında vurğulanmış dəyərlərin qorunub təbliğ olunması istiqamətində qurur.
Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin