Mətbuatın qınağı və son günlər formalaşmış kəskin ictimai rəydən çəkinən ATV rəhbərliyi cümə günü efirə gedəcək olan “Yoxlama”x9d verilişini proqramdan çıxarıb. Bu barədə adıçəkilən telekanaldan adının çəkilməsini istəməyən mənbə bildirib. Qeyd edək ki, ötən xa0həftə boyu verlişin anonsu yayımlanırdı. Artıq xa0“Myvideo.az”x9d da belə ATV-nin cümə gününə olan proqram səhifəsi yığışdırılıb. Verilən məlumata görə, efirə gedəcək olan buraxılış “reket”x9d xarakterli olub. Ona görə də telekanal rəhbərliyi ictimai rəyin ATV -nin əleyhinə olduğu indiki məqamda efirə getməsi bu baxımdan məqsədəuyğun sayılmayıb.
xa0Kadrlarda da görünür ki , kiçik bir kafeyə hücum çəkən atv-çilər daha çox şantaja gəlmiş reket dəstəsini xatırladır.
Onu da qeyd edək ki, “Yoxlama”x9d verilişi Rusiya telekanallarının birindən götürülüb. Ancaq ATV-nin plagiat layihəsi Rusiya televiziyasından fərqli olaraq, şantaj yolunu tutub.
Onu da xatırladaq ki, telekanal əməkdaşlarının bir neçə gün öncə restoranlardan birinə qəfil basqın etməsi həmin əməkdaşların döyülməsi ilə nəticələnmişdi.(Gununsesi.info)
Efirə getməsi yasaqlanan proqramın görüntülərini təqdim edirik:



























































































