Dönərxanada ölüm hadisəsi baş verib

Hazırda oxunan: Dönərxanada ölüm hadisəsi baş verib

14060

Xaçmazda dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb

Bizim.Media xəbər verir ki, hadisə rayon mərkəzindəki "Köhnə avtovağzal" ərazisində yerləşən dönərxanada baş verib.

 

MÖVZU İLƏ BAĞLI:

Üzərinə dəmir düşən gənc qadın hadisə yerində keçindi - VİDEO


Hadisə nəticəsində Xaçmaz rayonu Əhmədoba kənd sakini, 2004-cü il təvəllüdlü Səbuhi İsmayıl oğlu Kərimov dünyasını dəyişib, Müzəffəroba kənd sakini 1995-ci il təvəllüdlü Mayıl Eyyub oğlu Məmmədov isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Zərərçəkmiş M.Məmmədov hadisəni belə xatırlayır:

"Mən Səbuhi ilə qardaşının işlətdiyi dönərxanaya getmişdim. Səbuhi qardaşının yanında siqaret çəkmədiyindən oradakı zirzəmiyə düşdü".

"Sən demə, elektrik enerjisinin kəsilməsi səbəbindən dönərxananın zirzəmisində benzin yanacağı ilə işləyən elektrik generatoru işlək vəziyyətdə olub. Səbuhinin gəlmədiyini görüb zirzəmiyə düşdüm və onu uzanmış vəziyyətdə aşkarladım".

"Onu ayıltmağa çalışarkən mənim də halım pisləşdi. Özümə gələndə xəstəxanada olduğumu bildim".

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin