İyunun 8-də Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının yeni tərkibdə ilk iclası keçirilib.
Elm və Təhsil Nazirliyindən (ETN) Bizim.Media-ya verilən məlumata görə, iclasda bir sıra ali təhsil müəssisələrində həyata keçirilmiş institusional akkreditasiya qiymətləndirməsi əsasında müvafiq komissiyalar tərəfindən hazırlanmış hesabat və təhlillər təqdim edilib.
Müzakirənin yekununda keçirilmiş səsvermənin nəticələrinə uyğun olaraq, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin institusional akkreditasiya nəticələri “əsasən uyğundur” hesab edilərək növbəti 5 il müddətinə, Sumqayıt Dövlət Universitetinin institusional akkreditasiya nəticəsinin isə “qismən uyğundur” hesab edilərək qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətinin növbəti 2 il uzadılması və təhsil müəssisəsinin 1 ildən sonra təkrar akkreditasiya edilməsi qərarı alınıb.
Bundan başqa, qaydalara uyğun olaraq, institusional akkreditasiyası 2023-cü ildə nəzərdə tutulmuş Naxçıvan Dövlət Universitetinin mövcud akkreditasiya şəhadətnaməsinin etibarlılıq müddətinin 1 ilədək uzadılması ilə bağlı müraciəti müzakirə edilərək şurada səsverməyə qoyulub və institusional akkreditasiyanın keçirilməsinin 2024-cü ilə təyin edilməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, Akkreditasiya Şurasına elm və təhsil naziri Emin Əmrullayev sədrlik edir. Şuranın iclasları Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na uyğun olaraq təşkil olunur.
İclaslarda təhsil və ya müvafiq elmi-tədqiqat sahələrinin mütəxəssisləri, işəgötürənlər, təhsilalanlar, eləcə də tabeliyində təhsil müəssisəsi olan nazirlik, təşkilat və idarələrin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:54 / 09.06.2023
Ali məktəblərin akkreditasiyasının nəticələri AÇIQLANDI
Hazırda oxunan: Ali məktəblərin akkreditasiyasının nəticələri AÇIQLANDI
Hazırda oxunan: Ali məktəblərin akkreditasiyasının nəticələri AÇIQLANDI
140597
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.