Xalq hərəkatının liderlərindən Məhəmməd Hatəmi Tantəkin xəstəxanaya qaldırıldı

Hazırda oxunan: Xalq hərəkatının liderlərindən Məhəmməd Hatəmi Tantəkin xəstəxanaya qaldırıldı

140485
Milli azadlıq hərəkatının təməl daşını qoyanlardan və ilk yaradılan “Çənlibel”x9d təşkilatının qurucusu Məhəmməd Hatəmi Tantəkinin durumu bir neçə gündür ki, sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Məhəmməd Hatəminin səhhəti çox ağırdır və bir neçə gündür ki, sosial şəbəkə istifadəçiləri ölkə rəhbərliyinə, Milli Məclisin deputatlarına və ictimai-siyasi xadimlərə müraciət ünvanlayırlar ki, məsələ həllini tapsın. Bir neçə günlük çağırışlardan sonra AMİP lideri Etibar Məmmədov və Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı Məhəmməd Hatəminin yanında olublar. Ağır vəziyyətdə olan Hatəminin üzərinə həkim çağırılıb və həkimlərin müayinəsindən sonra o, təcili tibbi yardım maşını ilə Bakı Sağlamlıq Mərkəzinə aparılıb.

Məhəmməd Hatəmi Bakı Sağlamlıq Mərkəzində reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun bazar ertəsinə qədər reanimasiyada qalacağını, bazar ertəsindən sonra xəstənin vəziyyətinə aydınlıq gətiriləcəyini dedilər ("Xural").



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin