"15-20 baş qoyunum qalıb onlar da..." Təsərrüfat sahibi canavar hücumundan DANIŞDI - FOTO

Hazırda oxunan: "15-20 baş qoyunum qalıb onlar da..." Təsərrüfat sahibi canavar hücumundan DANIŞDI - FOTO

140401

Bərdənin Mollalı kəndi ərazisində yerləşən fermalardan birinə canavar sürüsü hücum edib.

Fərdi təsərrüfata məxsus otuz baş xırdabuynuzlu tələf olub, daha otuzu isə ölümcül hala düşüb, 15 baş qoyun isə yoxa çıxıb. Məsələ ilə bağlı Bərdə rayon Çələbilər kənd ərazi nümayəndəsi Faiq Musayev Bizim.Media-nın yerli bürosuna bildirib ki, canavarların fermaya sürü şəklində hücum etdiyi ehtimal olunur: 

"Sözügedən ferma Ağdam rayon Mərzili kənd sakini Vüqar Əhmədova məxsusdur. Ferma Mollalı kəndinin ərazisində olmağına baxmayaraq, bizim kəndə, yəni Çələbilərə daha yaxındır. Təxminən iki kilometr məsafədə yerləşir.
Ona görə hadisədən xəbər tutan kimi dərhal ora getdim. Təxminən saat beş radələrində yerli baytarlıq şöbəsinə və digər aidiyyəti qurumlara məlumat verdim. Ehtimal olunur ki, fermaya yırtıcılar sürü şəklində soxulub. Əks halda yalquzaq canavar bu qədər tələfat yarada bilməz", -deyə F.Musayev bildirib. 

Təsərrüfat sahibi Vüqar Əhmədov isə hazırda qalan heyvanlara iynə vurulduğunu deyib: 

"120 baş qoyunum var idi. Ondan cəmi 15-20 baş qoyun sağ qalıb. Qalanı ya itib, ya ölüb, ya da ağır yaralıdır. Yəni, ölmək üzrədirlər. Hazırda baytarlar yaralı olan heyvanlara iynə vururlar, görək neçəsi sağ qalar". 

Xatırladaq ki, hadisə gecə saatlarında olduğu üçün təsərrüfat sahiblərindən heç kim dərhal xəbər tuta bilməyib. Bu isə böyük itkilərlə nəticələnib. 











Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin