Lənkəranda dayanacaqları ticarət köşklərinə kim çevirir? – RƏSMİ AÇIQLAMA - FOTOFAKT

Hazırda oxunan: Lənkəranda dayanacaqları ticarət köşklərinə kim çevirir? – RƏSMİ AÇIQLAMA - FOTOFAKT

140378

Lənkəran şəhərinin küçələrində avtodayanacaqlar sökülərək yerində ticarət köşkləri tikilir.

Bu barədə Bizim.Media-ya Lənkəran şəhər sakinləri məlumat veriblər. Bildiriblər ki, əvvəllər quraşdırılan  dayanacaqlar çox geniş və rahat idi:
 

MÖVZU İLƏ BAĞLI:

BNA-dan “analoqsuz” dayanacaq layihəsi ilə bağlı AÇIQLAMA – FOTOFAKT


“Yayda günəş şüasından, qışda isə yağışdan qorunmaq olurdu. Lakin, son vaxtlar dayanacaqlar sökülərək ticarət köşkü ilə əvəzlənir. Sərnişinlərin daldalanması üçünsə kiçik bir yer saxlanılır. Bu da yaşlı və uşaqların rahat hərəkətini məhdudlaşdırır”.

Məslələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq.

Qurumdan Bizim.Media-ya bildirildi ki, ölkə üzrə nəqliyyatın tənzimlənməsi  AYNA-nın səlahiyyətinə aid olsa da bölgələrdəki dayanacaqlar yerli qurumların balansındadır. 

Bundan sonra Lənkəran şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindənsə bildirildi ki, məsələ araşdırıldıqdan sonra ətraflı məlumat veriləcək.

Mövzunu diqqətdə saxlayacağıq.


Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin