Cəlilabad rayonunda kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirildi

Hazırda oxunan: Cəlilabad rayonunda kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirildi

140366
Müşavirədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar  məsələlər şöbəsinin müdiri Azər Əmiraslanovun rəhbərliyi ilə  Cəlilabad RIH başçısı Əziz Əzizov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev, İqtisadi İnkişaf nazirinin müavini Sahib Məmmədov, Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev,  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar  məsələlər şöbəsinin baş məsləhətçisi Ruslan Nuriyev  iştirakı etdi.

Daha sonra işçi qrupunun üzvləri rayonda üzüm, pambıq, taxıl əkininin və digər kənd təsərrüfatı məhsullarının real vəziyyətini öyrənmək məqsədi ilə rayonun bir neçə təsərrüfat sahələrinə baxış keçirdi. Mirağa Həsənovun  başçılıq etdiyi fermer təsərrüfatında çiyələk və pomidor-xiyarın yetişdirildiyi müasir tipli istixana şəraitti ilə tanış oldular. M.Həsənov bildirdi ki,0.4 hektar olan istixana Azərbaycanda ilk dəfədirki yaradılıb, bu üsulla əldə edilən məhsulun həcmi əvvəlkindən iki dəfə çox olmaqla yanaşı əkin sahəsinə 10 dəfədən artıq qənaət olunur. Fermer  bildirdi ki, o açıq ərazidəki  7 hektarlıq çiyələk sahəsində də əkini aqrotexniki qaydadada aparmış, normal məhsul əldə etmişdir. İşçi qrupunun üzvləri Sahibkar Rizvan Bayramovun  38 hektar olan üzüm sahəsinə baxış keçirdi və işin gedişatından razı qaldı. 

  İşçi qrupu rayonda fəaliyyət göstərən  “Avanqard”x9d MMC-nin un məmulatları istehsal edən dəyirman da, "Cəlilabad Şərab Zavodu-1”x9d ASC-də  “Cəlilabad Brolyer”x9d ASC də istehsal prosesinin gedişi ilə tanış oldular və burada görülən işlərdən öz razılıqlarını bidlirdilər

 Sonra işçi qrupu Heydər Əliyev  Mərkəzində təşkil olunmuş Şura iclasında iştirak etdi. RİH-nin başçısı Əziz Əzizovun rəhbərlik etdiyi  iclasda icra başçısı giriş  sözü ilə rayonda pambıqçılığın və digər kənd təsərrüfatı məhsullarının inkişafı ilə bağlı görülmüş işləri və qarşıda duran vəzifələr barədə məlumat verdi. Sonra Prezident Administrasiyasının Aqrar məsələlər şöbəsinin müdiri Azər Əmiraslanov çıxış edərək  Cəlilabad rayonunda üzümçülüyün, taxılçılığın son zamanlarda isə geniş vüsət alan kartofçuluğun ənənəvi bir sahə olduğunu qeyd etdi, o, xam pambığın qiymətinin  50 qəpiyə qaldırılması və mülkiyyətçilərdə  stimul yaratmaq üçün hər hektara görə subsidiya veriləcəyini bildirdi.

 Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev və İqtisadi İnkişaf nazirinin müavini Sahib Məmmədov da mülkiyyətçilərin  sualları ətrafında yaranan məsələlərlə bağlı müvafiq  açıqlamalar verdi.
   
Şura iclası diskussiya formasında davam etdirildi.  Ayrı-ayrı fermerlər, iş adamları, mülkiyyətçilər üzümçülüyün, taxılçılığın, pambıqçılığın və digər kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına mane olan problemlərdən və onların aradan qaldırılması yollarından söhbət açdılar. Onların fikirləri, təklifləri, problemləri öyrənildikdən sonra qarşıya çıxan suallara aidiyyəti qurumların rəhbərləri cavab  verdilər. Görüş işgüzar şəraitdə başa çatdı.
Cəlilabad rayonunda kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirildi Cəlilabad rayonunda kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirildi Cəlilabad rayonunda kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirildi Cəlilabad rayonunda kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirildi
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin