Gecə saatlarında Şimal-Qərb bölgəsinin rayonlarında yağış yağıb, qısa fasilələrlə külək əsib, dağ çaylarında sululuq artıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bölgə rayonlarından axan dağ çaylarından ən çox sululuq Qəbələnin Dəmiraparan və Qaxın Kürmük çaylarında müşahidə olunur.
İlkin müşahidələr göstərir ki, Kürmük çayda suyun səviyyəsi son gün ərzində iki dəfəyə yaxın artıb. Bu da dağlara yağan leysan və yağışların aylıq mormadan artıq olmasından irəli gəlir.
Qax rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata əsasən ötən gün çayların məcralarında baş verən subasmalar aradan qaldırılmaqda, lildən və kör-kötükdən təmizlənməkdə davam edir.
Eyni zamanda külək nəticəsində qırılan ağaclar və onların budaqları doğranaraq yol kənarları təmizlənir.
Bölgə rayonlarında elektrik enerjisinin verilməsində heç bir problem yoxdur. Ötən gün külək nəticəsində qırılan xətlər bərpa edilib.
Şəki Regional Hidrometeorologiya Müəssisəsindən bildirilib ki, hazırda bölgə rayonlarında qeyri-sabit hava şəraiti davam edir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
08:40 / 08.06.2023
Şimal-Qərb bölgəsində hava şəraiti necədir?
Hazırda oxunan: Şimal-Qərb bölgəsində hava şəraiti necədir?
Hazırda oxunan: Şimal-Qərb bölgəsində hava şəraiti necədir?
140349
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.