Bugünədək doqquz minə yaxın hərbi qulluqçu COVID-19-a qarşı peyvənd olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanla Belarus arasında hərbi əməkdaşlıq müzakirə edildi - FOTO
Pandemiya dövründə Azərbaycan Ordusunda şəxsi heyətin sağlamlığını qorumaq və COVID-19-a qarşı təhlükəsizliyi tam təmin etmək məqsədilə Müdafiə nazirinin əmrinə əsasən müvafiq tədbirlər həyata keçirilir.
Verilən məlumata görə, hərbi qulluqçuların sağlamlığının qorunması məqsədilə fevralın 16-dan vaksinasiya prosesinə başlanılıb.
Bakı qarnizonunda yerləşən hərbi hissələrin şəxsi heyətinin vaksinasiyası Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin hərbi qulluqçularının vaksinasiyası isə müvafiq hərbi tibb müəssisələrində aparılır.
Bizim.Media