Turizm şirkətləri səyahətçiləri necə ALDADIR? – FOTOFAKT  

Hazırda oxunan: Turizm şirkətləri səyahətçiləri necə ALDADIR? – FOTOFAKT  

140283

Artıq turizm mövsümünə start verilib və Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri dünyanın müxtəlif ölkələrinə, eləcə də yerli bölgələrə səyahətlər təklif edir. Amma turizm şirkətlərinin qiymət siyasəti səyahət etmək istəyən insanları həm özündən çıxarır, həm də çaş-baş salır. 

Belə ki, turizm şirkətləri səyahət paketlərini dollar və avro məzənnəsi ilə təklif edib, ödənişi manatla alırlar.

Səyahətçilər ilk baxışda onları cəlb edən qiymətlərlə razılaşsalar da, sonradan fərqli qiymətin ortaya çıxmasının şahidi olurlar. Tur şirkətlərinin anormal qiymət siyasəti ictimaiyyətdə zaman-zaman müzakirələr yaradır. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan turizm sahəsi üzrə ekspert Ceyhun Aşurov tur şirkətlərinin qiymət siyasətinin reklam xarakteri daşıdığını bildirib: 

“Tur şirkətəri səyahət paketlərinin qiymətini dollar və avro ilə təqdim edirlər. Bu, reklam məqsədi daşıyır. Rəqəm manat hesabı ilə müqayisədə daha cəlbedici görünür və burada bir qədər də marketinq gedişi ola bilər.

Əslində tur paketlər xarici valyutada satılır. Amma peşəkar turizm şirkətləri hər zaman onu qeyd edirlər ki, tur paketin qiyməti dollar və ya avro ilə nəzərədə tutulub, amma ödənişlər günün məzənnəsinə uyğun olaraq, yəni Mərkəzi Bankın təyin etdiyi manatla qəbul edilir. Onların bu tip qiymət siyasəti sadəcə reklam xarakteri daşıyır”.

Turizm şirkətərinin bir neçə rəsmisi isə qeyd edib ki, ödənişlər hesabdan hesaba manatla həyata keçirilir. Ancaq otel bilet ödənişləri manatdan dollara və avroya dəyişilərək hesablarına oturulur.

Qeyd edək ki, pandemiyadan sonra turizm şirkətləri səyahət qiymətlərini artırıblar. Buna səbəb isə “Azərbaycan Hava Yolları”nın (AZAL) biletləri bahalaşdırması olub.



Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin