"Hakimiyyət başa düşdü ki, Əli Həsənovun ev layihəsi zərərli ideyadır" - Mehman Əliyev 

Hazırda oxunan: "Hakimiyyət başa düşdü ki, Əli Həsənovun ev layihəsi zərərli ideyadır" - Mehman Əliyev 

140235

"Mən jurnalistlərə mənzillərin verilməsinin əvvəldən əleyhinə olmuşam və bu gün də mövqeyim dəyişməyib". 

Bizim.Media "demokrat.az" a istinadən xəbər verir ki, bu fikirləri açıqlamasından "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyib.  

O bildirib ki, bu layihə Əli Həsənovun dövründə işə salındı: 

"Əli Həsənovun dövründə bu təcrübə jurnalistləri ələ almaq üçün işə salınmışdı və faktiki olaraq da jurnalistlərin hamısını ələ aldılar. Sonra hakimiyyət başa düşdü ki, Əli Həsənovun ev layihəsi zərərli ideyadır".  

Mehman Əliyev jurnalistlərə ev verilməsi ideyasının səhv addım olduğunu söyləyib: 

"Bu gün elə jurnalistlər var ki, məndən 2-3 qat çox maaş alır. Ümumiyyətlə, beynəlxalq səviyyədə də jurnalistlərə evin verilməsi yaxşı qarşılanmır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin