Erməni separatçılarından azad olmuş Qubadlı da müşahidə olunan ekoloji terror bölgəyə səfər edən Azərbaycandakı diplomatik korpusun rəhbərlərini, hərbi attaşeləri və jurnalistləri dəhşətə gətirib.
Bizim.Media xəbər verir ki, diplomatları Prezidentinin köməkçisi Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, ADA Universitetinin rektoru Hafiz Paşayev və digər rəsmi şəxslər müşayiəti ilə bu missiya baş tutub.
MÖVZU İLƏ BAĞLI:
“Ermənilərin Qarabağda etdikləri barbarlıqdır” - Gürcüstanlı telejurnalist
Ermənilərin Həkəri çayı boyunca böyük tut bağlarını, Şərq çinarı, yunan qozu kimi nadir ağacları məhv etmələrini diplomatik korpusun rəhbərləri çox təssüflə qarşılayıblar.
Həmçinin 107 hektar ərazini əhatə edən Bəsitçay dövlət qoruğu ekoloji terrora məruz qalıb. Burada dəfələrlə yanğınlar törədilib. Kəndlərimiz dağıdılıb, yaşıllıqlarımız məhv edilib.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral gördüklərini belə şərh edib:
“Burada gördüklərimiz bizə göstərir ki, ermənilərin məqsədi bu torpaqlarda nə varsa hamısını yox etmək olub. Bu, insanlıqdan kənar bir hərəkətdir”.
Bizim.Media