Qoşulmama Hərəkatı koronavirusa görə hərəkətə keçdi

Hazırda oxunan: Qoşulmama Hərəkatı koronavirusa görə hərəkətə keçdi

14022

Martın 5-də Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına (QH) sədrliyi çərçivəsində QH Əlaqələndirici Bürosu bütün ölkələrin COVID-19 peyvəndinə əlverişli şərtlərlə, universal çıxışının təmin olunması barədə kommünikeni yekdilliklə qəbul edib.

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya bildirilib ki, iclasda pandemiya səbəbilə dünyada artan yoxsulluq, iqtisadi tənəzzül barədə müzakirələr aparıblar.

Bundan başqa xüsusi olaraq QH Kontakt Qrupunun yaradılması və 4 may 2020-ci ildə zirvə görüşünün keçirilməsi barədə qərar verilib.

 

MÖVZU İLƏ BAĞLI:

Bakıda 1000 nəfər müəllim peyvənd olundu - Qaldı 19 min 


Habelə zirvə görüşünün qərarı əsasında üzv ölkələrin tibbi və humanitar ehtiyaclarına dair məlumat bazasının yaradılması haqqında da qeyd olunub. 

Qeyd olunub ki, vaksinasiya başlanılandan sonra peyvəndlərin 90% yüksək və orta gəlirli ölkələrdə cəmləşib. Bununla da az gəlirli ölkələr peyvəndə çıxış əldə edə bilməyiblər.

Bununla əlaqədar olaraq, Büro inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin əlverişli şərtlərlə, bərabər və ədalətli şəkildə peyvəndlə təmin olunmasına çağırıblar.

QH Əlaqələndirici Bürosu, həmçinin bütün beynəlxalq təşkilatları və aidiyyəti tərəfləri peyvəndlərin istehsalı, paylanması və ədalətli şəkildə qiymətləndirilməsində şəffaflığı təmin etməyə çağırıb.

Əlaqələndirici Büronun kommünikeni qəbul etməsi hazırda dünyanın üzləşdiyi ağır pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin səylərinə Azərbaycanın QH sədrliyinin önəmli töhfəsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin