Qarabağa qayıdacaq vətəndaşlar ixtisasartırmaya cəlb EDİLƏCƏK - RƏSMİ

Hazırda oxunan: Qarabağa qayıdacaq vətəndaşlar ixtisasartırmaya cəlb EDİLƏCƏK - RƏSMİ

140212

"İşğaldan azad edilmiş ərazilərə qayıdacaq 6 minə yaxın vətəndaş ixtisasartırma və təlimlərə cəlb ediləcək". 

Bizim.Media xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən, direktor müavini Ceyhun Kərəmov media nümayəndələri ilə görüşdə deyib. 

O bildirib ki, bu istiqamətdə konkret planlar var: 

"Həmin şəxslər köçənə qədər ixtisaslarını artıracaq, həmçinin müvafiq sertifikat alacaqlar. 5000 nəfər qısamüddətli təlimə, 1000 nəfər isə qısamüddətli ixtisasartırma təliminə cəlb olunacaq". 

O həmçinin əlavə edib ki, peşə təhsilində tələbələrin böyük hissəsi dövlət hesabına təhsil alır: 

"Dövlət vətəndaşın hansısa bir peşəyə sahib olmasında maraqlıdır. Bu, dövlət siyasətinin tərkib hissəsidir və ildən-ilə dövlət sifarişli yerlərin sayı daha da artırılacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin