Quba rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Quba Rayon Mərkəzi Xəstəxanasına 1 nəfər yerləşdirilib.
Bizim.Media-nın şimal bürosuna bu barədə Quba rayon mərkəzi xəstəxanasının ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Qubada ağır QƏZA: Ölən və yaralanan VAR - YENİLƏNİB
Bildirilib ki, tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicəsi davam etdirilən 1998-ci il təvəllüdlü Sahil İsayevin hazırda komatoz vəziyyətdədir, süni tənəffüs aparatına qoşulub, vəziyyəti isə kritik ağır qiymətləndirilir.
Qeyd edək ki, xəsarət alan şəxs Quba Rayon Mərkəzi Xəstəxanasının Mühafizə bölməsinin əməkdaşıdır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu