Şimal-Qərb bölgəsində günün pik saatlarında yaşanan avtobus problemi sərnişinlərin yollarda qalması və ya avtobus qiymətindən 3-4 qat baha taksi xidmətindən istifadə etməsinə gətirib çıxarır.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, sürücülər isə vaxt intervalını tam ödədiklərini və onlara verilən saatlarda işlədiklərini bildirirlər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, regional idarələr tərəfindən tənzimləmə işlərinə başlanılıb və daşıyıcılara balanslarında olan avtobusların hərəkətini yay mövsümünün tələblərinə uyğun tənzimləmək tapşırığı verilib.
Ümid edirik ki, problemin köklü həlli istiqamətində AYNA və onun yerli qurumları müvafiq tədbir görəcək, bölgələrdə də ən azı axşam saat 22- 23-ə kimi sərnişinlər avtobusla təmin olunacaq.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:22 / 07.06.2023
Bölgədə axşam saatlarında qeybə çəkilən marşrutlar - FOTO
Hazırda oxunan: Bölgədə axşam saatlarında qeybə çəkilən marşrutlar - FOTO
Hazırda oxunan: Bölgədə axşam saatlarında qeybə çəkilən marşrutlar - FOTO
140145
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.