Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin rəhbəri Jalə Cəfərova və 291 saylı Ekoloji lisseyin tarix müəllimi Ziyafət xanım Nəcəfova Latviyanın ölkəmizdəki səfiri cənab Yurus Maklovskiylə işgüzar görüşü olub.
Görüşdə əsasən noyabr ayında keçiriləcək Latviyanın müstəqillik gününə həsr olunmuş layihənin müzakirəsi dinlənilib. Səfir tövsiyyələrini verməklə yanaşı qarşı tərəfin də təkliflərini maraqla dinləyib.
Sonda Jalə Cəfərova QHT -nın aylıq jurnalında aprel ayında lisseydə baş tutmuş tədbirlə bağlı geniş məlumatı təqdim edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.