FAKTİKİ HAVA: Bölgələrdə leysan yağıb, dolu düşüb

Hazırda oxunan: FAKTİKİ HAVA: Bölgələrdə leysan yağıb, dolu düşüb

140104

İyunun 6-sı saat 21:00-a olan məlumatına əsasən Naxçıvan, Şahbuz, Daşkəsən, Gədəbəy, Gəncə, Ağstafa, Ceyrançöl, Qəbələ, Qax, Şamaxı, Qobustan, Şahdağ, Oğuz, Quba, Şabran, Altıağac, Xaltan, Qusar, Qrız, İsmayıllı, Şəkidə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, İsmayıllı rayonunun yüksək dağlıq kəndlərinə (Lahıc, Ərəgit, yuxarı Cülyan, Daxar, Yuxarı Zərnava, Qaraqaya və s.) yağan leysan yağış nəticəsində saat 19:45 radələrində Girdimançayda sel müşahidə edilb. 

Gədəbəy rayonu ərazisinə saat 18:25 radələrində diametri 8 mm olan dolu düşüb. 

Şimal – qərb küləyi arabir Naftalan, Ağdamda 18 m/s, Bakıda və Abşeron yarımadasında 23 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.3 metrə çatıb. 
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20-24, Naxçıvanda 23-30, dağlıq rayonlarda 15-18, Aran rayonlarında 26-30 dərəcə isti olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin