“Dərman qiymətləri digər ölkələrdən 7-8 dəfə bahadır” – Fazil Mustafadan ETİRAZ  

Hazırda oxunan: “Dərman qiymətləri digər ölkələrdən 7-8 dəfə bahadır” – Fazil Mustafadan ETİRAZ  

139981

“Büdcədə müəyyən xərclərin azaldılmasına ehtiyac var”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisin növbədənkənar sessiyası KEÇİRİLİR 


“Bundan əlavə, ölkəmizdə su təminatı, sosial sahə üzrə problemlər var. Həmin problemlərin həllinə vəsait ayırmaq üçün büdcədə kifayət qədər imkanlar var.

Məsələn, Olimpiya kompleksləri, gənclər evi, səhiyyə müəssələrinə ayrılan xərcləri ixtisar etmək mümkündür. Onların dərhal özəlləşdirilməsi lazımdır ki, sosial sahəyə əlavə vəsait ayırmaq mümkün olsun. 

Bundan əlavə, dərman qiymətləri də ciddi şəkildə bahalaşıb və bunun qarşısını almaq üçün ciddi tədbirlər görülmür. Dərman bazarının Türkiyəyə inteqrasiyası da mümkün olmadı. Ölkəmizə dərmanlar Banqladeşdən, Hindistandan gətirilir. Qiymətlərsə digər ölkələrdən 7-8 dəfə bahadır”, - deyə deputat əlavə edib.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin