Daxili İşlər Nazirliyi (DİN) bir qrup qadının martın 8-də aksiyaya hazırlaşması ilə bağlı xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmayan və xüsusi karantin rejimi qüvvədə olduğu dönəmdə hər hansı kütləvi aksiyanın təşkili və keçirilməsi hüquqi məsuliyyət yaradır.
“Əgər belə bir cəhd olarsa, qarşısı polis əməkdaşları tərəfindən qətiyyətlə alınacaq”, – deyə DİN-dən bildirilib.
Qeyd edək ki, bir qrup qadın martın 8-də Fəvvarələr meydanından (“McDonalds”-ın qarşısından) Azad qadın heykəlinə kimi “8 marş – Haqlarımız uğrunda!” şüarı ilə yürüş keçirmək istəyir.
Bakı şəhər İcra Hakimiyyəti yürüşün keçirilməsinə razılıq verməyib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:49 / 06.03.2021
DİN-dən \"8 Mart\"da aksiya keçirmək istəyənlərə XƏBƏRDARLIQ
Hazırda oxunan: DİN-dən \"8 Mart\"da aksiya keçirmək istəyənlərə XƏBƏRDARLIQ
Hazırda oxunan: DİN-dən \"8 Mart\"da aksiya keçirmək istəyənlərə XƏBƏRDARLIQ
13998
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.