Zəngilanın Ağalı kəndinə dörd köç reallaşıb.
Bizim.Media İTV-yə istinadən xəbər verir ki, sonuncu prosesdə kəndə qayıdanlar arasında Mahmudovlar ailəsi də var.
Üç aydır doğma kəndə qayıdışın sevincini yaşayan ailə əlverişli ev və işlə təmin olunub.
Minayə Mahmudova deyib ki, Qobu qəsəbəsində müvəqqəti yaşayış üçün verilən evin də şəraiti yaxşı olub. Onlar həmin evi təhvil verərək daimi yaşayacaqları yurdlarına qayıdıblar:
“Köçməyə hazırlaşanda, dedilər ki, köçürsünüz, adınız siyahıda var, hazırlaşın. Mən də buradan köçəndən sonra evin aqibətinin necə olacağını soruşdum. Bildirdilər ki, şəhid ailəsinə veriləcək”.
Ətraflı süjeti təqdim edirik:
Bizim.Media