Sürücülərin bu pozuntulara görə cərimə məbləği ARTIRILDI 

Hazırda oxunan: Sürücülərin bu pozuntulara görə cərimə məbləği ARTIRILDI 

139887

Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə və birtərəfli yollarda əks istiqamətdə hərəkət edən sürücülərin cərimə miqdarı artırılıb. 

Bizim.Media xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. 

Belə ki, məcəllənin hazırkı variantında qeyd edilib ki, işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə 60 manat məbləğində cərimə edilir. Dəyişikliklə isə cərimə 60 manatdan 80 manata qaldırılır. 

Eyni zamanda birtərəfli yollarda əks istiqamətdə hərəkət edən sürücülər isə 150 manat cərimlənəcəklər. Məcəllənin hazırkı variantına əsasən isə həmin məbləğ 100 manat təşkil edirdi. 

Həmçinin dəyişikliklə mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsini idarə edənlər isə 100 manat cərimələnəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin