Ömrünü Azərbaycan televiziyası və ədəbiyyatına həsr edən şair-dramaturq, televiziya mütəxəssisi Camal Yusifzadəni demək olar ki, heç bir media orqanı xatırlamır. Azərbaycan Sovet Ensiklopediyasında Rəsul Rza ilə birgə çalışan, böyük elmi redaktor olan C. Yusifzadə, sonradan “Ədəbiyyat qəzeti”x9dnin ən yaxşı vaxtlarında oranın şöbə müdiri kimi çalışıb.
Camal Yusifzadə sonradan həyatını dövlət televiziyası ilə bağlayıb. Aztv-də “Ədəbi-dram verilişləri”x9d redaksiyasında baş redaktorun müavini və televiziyanın nəzdindəki Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin baş redaktoru vəzifələrində çalışıb. Hazırda isə təqaüddədir.
Mart ayında 75 yaşı tamam olan yazıçının vaxtilə çalışdığı heç bir yerdə yubileyi keçirilmədi.
Moderator.az saytına açıqlama verən Camal Yusifzadə bundan qəti incimədiyini bildirib:
“Hazırda təqaüddəyəm. Lakin yenə də son iş yerim olan Azərbaycan Telefilm Yaradıcılıq Birliyi ilə əməkdaşlıq edirəm. Poeziya ilə məşğulam şeirlər yazıram.
75 yaşım oldu. Nə Yazıçılar Birliyində, nə də çalışdığım başqa yerlərdə kimsə yada salmadı. Mən də demədim. O səbəbdən də yubileyimi keçirmədim. Görünür, hamısının öz işi var”x9d.
Elmin Nuri































































































