Siyəzəndə icra nümayəndəsinin müavini ÖLDÜ – ÖZƏL/FOTO  

Hazırda oxunan: Siyəzəndə icra nümayəndəsinin müavini ÖLDÜ – ÖZƏL/FOTO  

139845

Siyəzəndə icra nümayəndəsinin müavini dəniz sahilində keçinib. 

Bizim.Media-nın Şimal bürosu xəbər verir ki, hadisə bu gün Xəzər dənizinin Siyəzən rayonunun Zarat kəndindən keçən hissəsində, dəniz kənarında qeydə alınıb. 

Belə ki, Siyəzən İcra Hakimiyyəti başçısının Beşdam kənd icra nümayəndəsinin müavini, 46 yaşlı Cabbar Camal oğlu Cabbarovun dəniz kənarında uzanmış halda meyiti tapılıb.
Onun ürəktutmadan vəfat etdiyi ehtimal edilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Siyəzən Rayon Prokurorluğunda araşdırma başlanılıb. 


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin