Əhalinin neçə faizi kommunal xidmətlərdən razıdır? – SORĞU 

Hazırda oxunan: Əhalinin neçə faizi kommunal xidmətlərdən razıdır? – SORĞU 

139821

Ölkə əhalisinin  93.5%-i təbii qazın, 88.6%-i içməli suyun, 92.7%-i isə elektrik enerjisinin verilişindən razıdır. 

Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb. 

Məlumatda deyilir ki, vətəndaşların kommunal xidmətlərlə (elektrik enerjisi, su və qaz) təminatına dair rəylərini öyrənmək məqsədilə Mərkəz tərəfindən sorğu keçirib.

Sorğu çərçivəsində respondentlərdən yaşadıqları evdə kommunal xidmətlərin mövcudluq vəziyyəti və davamlılıq səviyyəsi soruşulub.

Ümumi nəticələrə əsasən, sorğuda iştirak edənlərin 99.7%-i elektrik enerjisinin, 93.5%-i təbii qazın, 88.6%-i içməli suyun və 65.5%-i kanalizasiyasının mövcud olduğunu bildirib. Qeyd edək ki, sonuncu göstərici xəttin aidiyyəti qurum, yaxud vətəndaş tərəfindən çəkilməsindən asılı olmayaraq, nəticəni əks etdirir.

Elektrik enerjisi üzrə təminatı respondentlərin 92.7% daimi, 7.0% fasiləli olaraq qiymətləndirib. Respondentlərin 0.3%-i elektrik enerjisinin olmadığını bildirib.

Təbii qazla təminatın daimi olduğunu bildirənlər 89.9%, fasilələr olduğunu qeyd edənlər 3.6% təşkil edib. Respondentlərin 6.5%-i təbii qazın mövcud olmadığını ifadə edib.

İçməli su təminatı ilə bağlı olaraq, sorğuda iştirak edənlərin 71.2%-i təminatın daimi, 17.4%-i fasiləli olduğunu qeyd edib. Respondentlərin 11.4%-i içməli suyun, 34.5%-i kanalizasiyanın mövcud olmadığını bildirib.

Qeyd edək ki, Prezidentin 6 dekabr 2016-cı il tarixli fərmanı əsasında Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi müəyyən olunub. Sözügedən sənəd  2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir.

Sözügedən hədəflə çərçivəsində hazırkı rəsmi məlumatları nəzərdən keçirdikdə, ölkə üzrə əhalinin qazlaşma səviyyəsi 95.7% icra olunub. Əhalinin elektrik enerjisi ilə təminat səviyyəsi 100%, aidiyyəti qurum tərəfindən əhalinin içməli su təminatı 79.5%-ə bərabər olaraq qeyd edilib.

Kanalizasiya şəbəkəsi paytaxt üzrə əhalinin 70%-dən çoxuna xidmət etdiyi halda, regionlar üzrə şəbəkələşmə 40%-ə yaxındır.

Bakıda kanalizasiya şəbəkəsi əhalinin 78%-nə xidmət etdiyi halda digər şəhər ərazilərində bu yalnız 32% təşkil edir su ehtiyatları tükənməkdədir.


Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin