Milli Məclisin deputatı Elman Nəsirov Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Prezidenti seçilməsi münasibətilə ötən gün doğulduğu və təmsil olunduğu Cəlilabad rayonunda qurban kəsib.
Bizim.Media "demokrat.az"a istinadən xəbər verir ki, bu barədə Elman Nəsirov özü məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
“Ərdoğan qalib gəldi, söz verdiyim kimi Cəlilabadda qurbanlarımı kəsəcəyəm” – Elman Nəsirov
Deputat bildirib ki, kəsdiyi qurbanlar əsasən ehtiyacı olan insanlara paylanılıb:
"Çox şadam ki, tutduğum sözün üstündə durdum. Ötən gün kəsdiyim qurbanları əsasən tanıdığım və ən çox ehtiyacı olan insanlara payladıq. Əsas hədəfimiz kasıb insanları sevindirmək idi".
Bizim.Media