Şagirdlərin təhsildən yayınmasının səbəbləri AÇIQLANDI  

Hazırda oxunan: Şagirdlərin təhsildən yayınmasının səbəbləri AÇIQLANDI  

139773

"Bu il dərsdən yayınma hallarını minimuma endirə bilmişik. Regional təhsil idarələrinin qarşısında duran əsas hədəflərdən biri bu idi". 

Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib. 

Onun sözlərinə görə, bu istiqamətdə atılan addımlardan biri kimi məktəblərdə aylıq monitorinqlər keçirilməsi idi:

"Hər il bu dinamikada azalma olub. Regionlarda dərsdən yayınma hallarının səbəbləri sırasında ilk yerdə şagirdlərin kənd işləri ilə məşğul olması gəlirdi. Ucqar kəndlərdə isə 4-cü sinfə qədər oxumağı-yazmağı varsa bəs edər düşüncəsi yayılıb. Ona görə də valideynlərin maarifləndirməsi işləri aparıb". 

Şöbə müdiri əlavə edib ki, məktəblərdə davamiyyət prosesinə nəzarət gücləndirilib:

"Pandemiyadan sonra məktəblərdə davamiyyətdə müəyyən boşluqlar vardı. Tək Azərbaycanın deyil, digər dövlətlərin təhsil sistemində də bu problemlər olub. Hesabatlılıq, nəzarət, davamiyyətin aşağı olmasının səbəbini araşdırmaq bu sahədə görüləcək işlərin tərkib hissəsidir. Təcrübə də göstərir ki, davamiyyəti yaxşı olan şagirdin təhsil nailiyyəti də yüksək olur". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin