"Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur. Merdinli kəndində müsəlmanların məscidini tövlə kimi istifadə etməsi əsl vandallıqdır".
Bizim.Media xəbər verir ki, bunu Füzuli rayonunun işğaldan azad olunan Merdinli kəndinə səfər edən Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm deyib.
MÖVZU OLƏ BAĞLI:
''Məscidin dağıdılması müsəlmanların hisslərinə təhqirdir'' - Hikmət Hacıyev
O bildirib ki, məscidə daxil olanda onun divarlarında təhqiramiz şəkillər görüb:
"Bu addım bütün müsəlmanların dini hisslərini təhqir edir. Bütün müsəlmanları buradakı dini abidələrin bərpasına yardıma dəvət edirəm".
Bizim.Media