Bu gün saat 09:00-dan 15:00-a qədər Bakının Nəsimi rayonunun Alı Mustafayev küçəsində (20 Yanvar dairəsi istiqamətində, tunelin çıxışında) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Agentlik sürücülərə qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmalarını, yol hərəkəti qaydalarına riayət etmələrini və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələrini tövsiyə edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:48 / 04.06.2023
Sürücülərin nəzərinə: Bakıda bu küçə bağlı olacaq
Hazırda oxunan: Sürücülərin nəzərinə: Bakıda bu küçə bağlı olacaq
Hazırda oxunan: Sürücülərin nəzərinə: Bakıda bu küçə bağlı olacaq
139611
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.