Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı qızının cehizini Türkiyədə zəlzələdən zərərçəkənlərə göndərən azərbaycanlının şad günündə iştirak edib.
Bizim.Media xəbər verir ki, bu barədə səfir özünün “Twitter” hesabında məlumat verib
“Qızı Günel üçün aldığı cehizi zəlzələdən zərərçəkənlərə göndərmək üçün səfirliyimizə gətirən Seyid bəy Azərbaycanın hisslərinin simvolu olan qardaşlarımızdan biridir.
Bu gün Günel və Məhəmmədin toyunda iştirak etdik.
Allah xoşbəxt etsin. Bəxtləri açıq olsun”, - deyə səfir qeyd edib.
Kızı Günel için almış olduğu çeyizi depremzedelerimize göndermek için Büyükelçiliğimize getiren Sayyid bey kardeş Azerbaycanın duyguların sembolü kardeşlerimizden birisiydi.
— Cahit Bağcı (@cahitbagci) June 3, 2023
Bugün Günel & Mehemmed’in toyuna katıldık.
Allah hayırlı etsin.
Bahtları açık olsun. pic.twitter.com/W4wskEmfQP
Bizim.Media