Ölkə ərazisində bir neçə rayona dolu düşməsi, eyni zamanda sel gəlməsi məhsuldarlığa ciddi ziyan vurub. Dolu və sel daşqını hadisəsi baş verən rayonlarda dəymiş ziyanın bazara da müəyyən qədər təsir göstərməsi qaçılmazdır. Belə ki, dolu vurması səbəbindən məhsul istehsalının azalması, qiymətlərin bahalaşması qaçılmazdır.
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin sözlərinə görə, baş verən sel daşqınları doludan fərqli olaraq məhsuldarlığa böyük ziyan vurmayıb:
“Son günlər baş verən sel nəticəsində su kənarı bölgələrdə ciddi fəsadlar yaşanıb. Sel, əsasən əhalinin su axarlarının vadisində yerləşən əmlakına ciddi təsir göstərib. Ümumilikdə isə heyvandarlığa da ciddi şəkildə ziyan dəyib. Sel daşqını əsasən düzənlik ərazilərdə problemlərə səbəb olub.
Dolu isə həm meyvə ağacları, həm yerüstü bitkilərə təsir göstərib. Bu ziyanın təsirinə görə ümumi nəsə demək olar. Çox təəssüflər olsun ki, məhsuldarlığa nə qədər ziyan dəydiyi hələ dəqiq məlum deyil”.
Akif Nəsirli bildirir ki, yağan dolunun mənfi təsiri taxıl və meyvə-tərəvəz istehsalında müşahidə olunacaq:
“Dolu məhsuldarlığa ciddi təsir göstərir. Bu hər halda bazara müəyyən qədər təsirini göstərəcək. Tutaq ki, Biləsuvarda taxıl zəmiləri biçin ərəfəsindədir, yəni taxıl məhsulunun yığım mərhələsidir. 10 gün olar ki burada arpa biçini başlayıb, buğda isə tamamilə yetkin haldadır. Bu ərazilərə düşən dolu, məhsula birbaşa zərrə verir. Eləcə də tərəvəz bitkiləri və meyvə ağacları üçün də oxşar vəziyyət hökm sürür.
Əgər dolu düşməyən ərazilərdə məhsuldarlıq bol olarsa, həmin o itki qapana bilər, yəni tarazlıq pozulmaz”.
Röyanə Oğuz, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:00 / 03.06.2023
Sel və dolunun məhsuldarlığa vurduğu ZİYAN – “Qiymətlər bahalaşa bilər”
Hazırda oxunan: Sel və dolunun məhsuldarlığa vurduğu ZİYAN – “Qiymətlər bahalaşa bilər”
Hazırda oxunan: Sel və dolunun məhsuldarlığa vurduğu ZİYAN – “Qiymətlər bahalaşa bilər”
139528
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.