Kişilər ən çox nələri qısqanır? – Psixoloq SİRLƏRİ AÇIQLADI

Hazırda oxunan: Kişilər ən çox nələri qısqanır? – Psixoloq SİRLƏRİ AÇIQLADI

139512

“Kişi ilə qadın arasında qısqanclığın olması normal hadisədir. Çünki, qısqanclıq sevginin bir göstəricisi, bir elementidir. Ona görə də bütün qadınlar istəyir ki, sevdiyi şəxs onu qısqansın. Lakin qısqanclıq qədərində olmalıdır. Həddini keçən qısqanclıq artıq qarşı tərəfə etibarsızlıqdır, paronoyaklıqdır. Və bundan hər iki tərəf ciddi zərər görür”. 

Bunu Bizim.Media-ya söhbətində psixoloq Gülnar Orucova deyib.

O bildirib ki, bu gün qısqanclığın şəkli və standartları dəyişib. Əvvəllər kişilər qadınları ondan icazəsiz harasa getməsini, açıq-saçıq geyinməsini qısqanardı:

“Amma indi kişilər qadınları hər şeyə qısqanırlar. Qısqanclıq daha çox kişinin qadın üzərindəki nəzarət mexanizminə çevrilib. Bu isə qısqanclıq deyil, paronoyaklıqdır. Özünə və sevdiyi adama etibarı olmayan kişi qadını hər şeyə qısqanır. Məsələn, hündürmərtəbəli binanın pəncərəsindən harasa baxan qadını qısqanan kişilər var. 

Əvvəllər kişi qadını açıq-saçıq geyinəndə qısqanırdı ki, onda sahiblik hissi güclü idi. O qadının bütün əzalarını özünün hesab edirdi. Və istəmirdi ki, ona aid olanlara yad baxışlar dikilsin.

Amma indi kişilərin qısqanclıq təfəkkürü tamam dəyişib. 

Məsələn, marketə gedəndə üst paltarını dəyişən, marketdən bir az ləng geri dönən qadını qısqanan kişilər var. İctimai nəqliyyatdan istifadəni qısqanan kişilər də az deyil. Makiyaja görə qısqanclıq edənlər də var. Son vaxtlar müşahidə edirik ki, bəzi kişilər həyat yoldaşlarını məktəbə getmələrini belə qısqanırlar. Və bu qısqanclığa görə bir ətək pul töküb, hər uşağa bir taksi tuturlar”.

Psixoloq qeyd edib ki, kişilərin sevdikləri qadına bu gün ən çox verdikləri suallar bunlardır:

“Sosial şəbəkədə niyə çox vaxt keçirirsən? Kimə mesaj yazırsan? Niyə filənkəsin statusunu bəyənmisən? Sosiallaşmanı nə yazıq ki, kişilərin çoxu qəbullana bilmir. Yalnız özlərinin iştirakçı olduğu məclisə qadınını rəva görür. Onun rəfiqələri ilə görüşməsinə, sosiallaşmasını istəməyən kişilər də az deyil. Bu da ondan irəli gəlir ki, çox şey kimi hisslərimiz də cılızlaşıb”.

Gülnar Orucova qısqanclığın simptomlarından da danışıb: 

“Bəzən kişilər qısqandıqlarını sözlərlə deyil, baxışları ilə büruzə verirlər. Bəziləri isə qısqansalar da, içlərində yaşayırlar. Məsələn, kişilər sevdikləri xanıma başqa bir kişinin baxmağını istəməzlər. Əgər ətrafınızda yad bir bəy varsa, o zaman əriniz sizinlə daha çox maraqlanacaq, əlinizi tutacaq. Bu da sizi sahibləndiyini və qısqandığını göstərir. 

Geyimlərinizə qarışmaqları bir nömrəli qısqanclıq göstəricilərindəndir. Xüsusilə də qısa ətək və dekolteli paltarlar geyinməyinizi istəməyəcəklər. Onlara qulaq asmayıb geyinirsinizsə, küskünlükləri və əsəbləri günlərlə davam edə bilər. Qız-qıza da olsa, gecələr bir yerə getməyinizi istəməzlər. 

Başqa kişilərdən qısqanmaqları ilə yanaşı içki içmə ehtimalınız da onları özlərindən çıxara bilər.

Dostunuz belə olsa, başqa bir kişinin zarafatına uzun-uzun gülməyiniz onu qısqandıra bilər. Yaxud da bir bəy haqqında səmimi danışmağınız onu əsəbiləşdirəcək”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin