Şəmkir rayonunda ata qızını bıçaqlayandan sonra intihar edib.
Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini 1976-ci il təvəllüdlü A. Cəfərovanın bıçaq xəsarəti alaraq xəstəxanaya müraciət etməsi və Sərdar Cəfərovun yaşadığı evdə özünü asaraq intihar etməsi barədə məlumat daxil olub.
Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar nəticəsində məlum olub, Sərdar Cəfərov ailə münaqişəsi zəminində qızı A. Cəfərovaya bıçaqla xəsarət yetirdikdən sonra intihar edib. Yaralının vəziyyəti normaldır, faktla bağlı araşdırmalar davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:14 / 03.06.2023
Şəmkirdə DƏHŞƏT – Ata qızını bıçaqlayandan sonra özünü ÖLDÜRDÜ
Hazırda oxunan: Şəmkirdə DƏHŞƏT – Ata qızını bıçaqlayandan sonra özünü ÖLDÜRDÜ
Hazırda oxunan: Şəmkirdə DƏHŞƏT – Ata qızını bıçaqlayandan sonra özünü ÖLDÜRDÜ
139491
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.