"Hər bir insanın içində bir istedad var. O istedadı vaxtında üzə çıxartmaq isə əsas məsələdir".
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “ASAN xidmət”in təşkilatçılığı ilə keçirilən İnsan Resursları və İdarəetmə Forumunda deyib. Nazirin sözlərinə görə insanı dəyişdirən onun mühitidir:
"İnsan hansı mühitdə doğulub, yaşayırsa, o mühitin təsiri altında formalaşır. Hər bir şəxs dünyaya müəyyən istedadla gəlir. Lakin mühit o istedada nə qədər şərait yaradır? Əsas sual budur. Uşaq üçün ən yaxşı inkişaf dövrü ana bətnindən 3 yaşına qədərki dövrüdür. Bu dövrdə uşaq daha çox şey öyrənir. Yaxşı xəbər ondan ibarətdir ki, bu dövrdə uşağın inkişafı üçün böyük maliyyə tələb olunmur. Hər bir valideyn uşağı ilə oynasa, ona çox yox həftədə 5 saat kitab oxusa, bu, gələcəkdə on milyonlarla, yüz milyonlarla pul xərcləniləcək layihələrdən daha effektiv olar. Bundan sonrakı əsas mərhələ isə uşağın məktəb təhsilidir".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:07 / 03.06.2023
Emin Əmrullayev valideynlərə ÇAĞIRIŞ ETDİ
Hazırda oxunan: Emin Əmrullayev valideynlərə ÇAĞIRIŞ ETDİ
Hazırda oxunan: Emin Əmrullayev valideynlərə ÇAĞIRIŞ ETDİ
139489
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.