Bu sahədə çalışan işçilərin maaşları 25 faiz AZALDILIR 

Hazırda oxunan: Bu sahədə çalışan işçilərin maaşları 25 faiz AZALDILIR 

139479

"İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə Qanun layihəsində sosial iş yerlərində işçilərin əmək haqqının bir hissəsinin maliyyələşdirilməsi üzrə xərclərin cari il üzrə təsdiq edilmiş smetadan 0,5 milyon manat və ya 25,0% azaldılaraq 1,5 milyon manat olması nəzərdə tutulur. 

Bizim.Media xəbər verir ki, bu barədə adıçəkilən qanun layihəsinə Hesablama Palatasının rəyində əks olunub. 

2021-ci ildə sosial iş yerlərində işçilərin əmək haqqının bir hissəsinin maliyyələşdirilməsi üzrə proqnozlaşdırılan təyinatın 25,9%-nin, 2022-ci ildə isə 33,3%-inin istifadə edilməsi, cari ildə isə bu istiqamətdə xərclərin 25,0% azaldılaraq dürüstləmənin nəzərdə tutulması İlkin proqnozlaşmanın düzgün aparılmadığını və eyni zamanda mövcud sığortaedənlərin sayının artırılması üçün stimullaşdırıcı dəstək tədbirlərinin tətbiqini zəruriliyini göstərir. 

Sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi üzrə əvvəlki dövrlərdə vəsait xərc edilməyib. Təklif edilmiş dəyişiklikdə isə bu istiqamətdə xərclərin 1,1 milyon manat və ya 73,3% artırılaraq 2,6 milyon manat olması proqnozlaşdırılır ki, bu da cari ildə bu istiqamətdə zəruri tədbirlərin görüləcəyini deməyə əsas verir.  
Təqdim edilmiş izahatda, İsmayıllı rayonunda “Dost Evi”-nin açılışı ilə əlaqədar tikinti işlərinin başa çatdırılması və avadanlıqların alınması üçün sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsinin nəzərdə tutulduğu qeyd edilib. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin