Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisinə cinayət işi açılması ilə bağlı RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisinə cinayət işi açılması ilə bağlı RƏSMİ AÇIQLAMA 

139473

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisi Rüfət Hacıyevin barəsində Quba rayon prokurorluğunda cinayət işi açıldığını xəbər vermişdik.  

Bizim.Media-nın əldə etdiyi məlumata görə, prokurorluğa edilən şikayət əsasında aparılan araşdırmalardan sonra bu qərar qəbul edilib və Rüfət Hacıyev barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308,1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisinə cinayət işi AÇILDI - ÖZƏL  


Faktla bağlı hələki Baş Prokurorluqdan sorğumuza cavab verilməyib. 

Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən Bizim.Media-ya açıqlama verilib.

Qurum Rüfət Hacıyev barəsində cinayət işinin açıldığını nə təkzib, nə də təsdiq edib.

Açıqlamanı olduğu kimi təqdim edirik: 

“Bir çox xəbər agentliklərində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev barədə Quba rayon prokurorluğunda cinayət işinin aparılması barədə məlumatlar yayılıb.

Bildiririk ki,  Rüfət Hacıyevin 2016-2018 ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində magistratura səviyyəsində təhsil alması və eyni zamanda Qəçrəş kənd tam orta məktəbində direktor işləməsi ilə bağlı Quba Rayon İcra Hakimiyyəti tərəfindən 2023-cü ilin yanvar ayında Quba Rayon Prokurorluğuna məktub göndərilmişdir. Həmin məktuba əsasən rayon prokurorluğunda fakt üzrə araşdırma aparılır.

Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, Rüfət Hacıyev ötən il aprelin 29-da elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinə rəis təyin edilib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin