İş başında rüşvət alarkən tutulan gömrük polkovniki AZADLIĞA BURAXILDI

Hazırda oxunan: İş başında rüşvət alarkən tutulan gömrük polkovniki AZADLIĞA BURAXILDI

139469

Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin sabiq rəisi polkovnik Ceyhun Babayev azadlığa buraxılıb.

Bizim.Media xəbər verir ki, “Qafqazinfo” nun əldə etdiyi məlumata görə, Ceyhun Babayevin çəkilməmiş həbs müddəti şərti cəza ilə əvəz edilib.

Yerli məhkəmə qərar qəbul edərkən məhkum təyin olunmuş cəzanın 2/3 hissəsinin çəkilməsini və cəzaçəkmə müəsisəsinin rəyini əsas götürüb.

Qeyd edək ki, Ceyhun Babayev daşıma fəaliyyəti ilə məşğul olan şitkətlərə məxsus malların tranzit gömrük rəsmləşdirilməsinin tezləşdirilməsi müqabilində rüşvət kimi tələb etdiyi hər avtomaşına görə 50 ABŞ (85 manat) dollar olmaqla, ümumilikdə isə 15 avtomaşına görə 750 ABŞ dolları (1275 manat) alarkən cinayət başında yaxalanıb.

Ona qarşı Cinayət Məcəlləsinin 311.2-ci (Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvətalma) maddəsi ilə ittiham verilib.

C. Babayev Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-c il 26 fevral tarixli hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin