İstirahət günlərində milli parklarda hava necə olacaq? 

Hazırda oxunan: İstirahət günlərində milli parklarda hava necə olacaq? 

139376

İstirahət günlərində (iyunun 3-4-də) milli parklarda gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Samur-Yalama milli parkında istirahət günlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 °isti, gündüz 23-26° isti olacaq. 

Altıağac milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında qısamüddətli az yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-25° isti olacaq. 

Ağgöl milli parkında havanın sabit, mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 25-30° isti olacaq. 
Qızılağac milli parkında hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-30° isti olacaq. 

Göygöl milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-20° isti olacaq. 

Şirvan milli parkında havanın sabit, mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 27-32° isti olacaq. 
Hirkan milli parkında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-30° isti olacaq.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin